Türkiyənin Adana şəhərində bina inşası üçün nəzərdə tutulan 6 metrlik istinad divarının uçması nəticəsində xeyli avtomobilə ziyan dəyib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə axşam saatlarında Huzurevleri Mahallesi 77060 küçəsində baş verib. Binanın inşasına aid 6 metrlik istinad divarı, həddindən artıq torpaq yığınları üzündən yükə dözə bilməyib və böyük səs-küy ilə çöküb. Kimsənin yaralanmadığı hadisədə zamanı 6 avtomobilə ciddi ziyan dəyib.