Şəmkirdə kanala düşən avtomobilin sürücüsünün meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində "VAZ markalı minik avtomobilinin idarəetməni itirərək kanala düşməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Abbasov Fəxrəddin Abbas oğlunun cəsədini çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.