Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin salonu və arxa təkərləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.