Qazaxda 15 yaşlı qız yediyi kolbasa məhsulundan zəhərlənib.
Unikal.org bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon Alpoud kənd sakini, 2002-ci il təvəllüdlü, Həsənova Gözəl Asəf qızı yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra onun vəziyyəti normallaşıb və evinə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.