Bu gün axşam saatlarında Neftçala şəhəri Nizami küçəsindəki lombardın qarşısında dayanmış 90-SK-242 dövlət nömrə nişanlı,rayon sakini Abasqulu Hümmətova məxsus "VAZ 21011 markalı avtomaşına arxadan "Kia Sportages markalı avtomaşın çırpılıb.
Unikal.org-un Virtualaz.org-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində "011ə xeyli ziyan dəysə də, "Kia Sportages markalı avtomaşın qəza yerində dayanmayaraq uzaqlaşıb.
Sonradan hadisə yerinə gəlmiş yol polisi əməkdaşları tərəfindən qəza yerində düşmüş 99-XA-599 dövlət nömrə nişanına əsasən müəyyən olunub ki, həmin avtomaşın Neftçala rayon sakini Abı Sadıqova məxsusdur. Abı Sadıqov avtomaşını sərxoş vəziyyətdə idarə edirmiş.
Qeyd edək ki, qəza törətmiş şəxs Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovanın həyat yoldaşıdır.
Faktla bağlı Neftçala Rayon Polis şöbəsində araşdırmalara başlanılıb.