Şirvan şəhərində traktorun aşması nəticəsində sürücü ağır yaralanıb.

Unikal.org bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, traktor Kür çayı üzərindəki körpüyə qalxan zamanı idarəetməni itirib və dərəyə yuvarlanıb.

Nəticədə ağır yaralanan sürücü, Sabirabad rayonunun Qaratuğay kənd sakini 1976-cı il təvəllüdlü Əhmədov Şəmistan Valeh oğlu Şirvan şəhər Xəstəxanasına çatdırılıb və əməliyyata aparılıb.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.