Bakıda ağır yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsinin 28 May küçəsində "VAZ 2106" markalı avtomobil 25 yaşlı oğlanı vurub. Ağır xəsarət alan gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.