"Blumberq agentliyi dünyada 500 milyarderin yenilənmiş siyahısını açıqlayıb.

Unikal.org-un "RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, siyahının ilk pilləsində "Microsoft qurucusu Bill Qeyts (85,6 milyard dollar), ikinci yerdə amerikalı sərmayədar Uorren Baffet (78,9 milyard dollar), üçüncü yerdə "Amazon rəhbəri Ceff Bezos (73,5 milyard dollar) qərarlaşıb.

İlk onluqda "Inditex şirkətinin sabiq prezidenti Amansio Orteqa (69,3 milyard dollar), "Facebook sosial şəbəkəsinin qurucusu Mark Tsukerberq (59,1 milyard dollar), meksikalı biznesmen Karlos Slim (53 milyard dollar), Çarlz və Devid Kox qardaşları (48,1 milyard dollar), "Koch Industries korporasiyasının səhmlərinin əsas hissəsinin sahibi, "Oracle korporasiyasının rəhbəri Larri Ellison (45,3 milyard dollar) və IKEA qurucusu İnqvar Kamprad (42,9 milyard dollar) daxildir.