Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, insident Quşçu kəndində qeydə alınıb.

Avtomobil piyadanı vuraraq öldürüb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə aparılıb. Sürücünün və ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilir.