Neftçalada yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Neftçala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan ikimərtəbəli 8 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.