Rusiya Dövlət Duması Özbəkistanla maliyyə tələblərinin və öhdəliklərinin tənzimlənməsi barədə ikitərəfli sazişi ratifikasiya edib.

Unikal.org "İnterfaks"-a istinadən xəbər verir ki, 2014-cü ildə imzalanmış sənədə əsasən, Sovet İttifaqının dağılması ilə bağlı qarşılıqlı tələbləri, həmçinin 1992-1993-cü illərdə Özbəkistanın aldığı kreditlər üzrə məsələləri tənzimləmək planlaşdırılır.

2014-xü ilin 1 noyabr tarixinə Özbəkistanın Rusiyaya borcunun məbləği 889,3 milyon dollar təşkil edib ki, bunun da 388,7 milyon dolları faiz borclarıdır. Özbəkistan hakimiyyəti yalnız 43,1 milyon dollarlıq borcun mövcudluğunu deyir və keçmiş SSRİ-nin Almaz fondundakı payına iddialıdır.

Sazişin şərtlərinə görə, tərəflər öz tələblətindən əl çəkməli və Özbəkistan Rusiyaya 25 milyon dollar vəsait ödəməlidir.