Azərbaycanın işğal olunmuş rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Unikal.org-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Təkanlar yerli vaxtla saat 10:24:00-da Kəlbəcər ərazisində zəlzələ qeydə alınıb. Zəlzələnin episentrdə 4 bala qədər hiss olunduğu ehtimal olunur.

Zəlzələnin maqnitudası 3.7, dərinliyi 10 km olub.