Məşhur "Bloomberg" agentliyi dünyanın 500 ən varlı insanının yeni siyahısını hazırlayıb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, siyahının ilk yerində 85,6 milyard dollar sərvəti olan "Microsoft"un qurucusu Bill Qeyts durub. İkinci 78,9 milyard dollar sərvətlə amerikalı biznesmen Uorren Baffet, üçüncü isə Amazonun rəhbəri Ceff Bezos (73,5 milyard dollar) olub.

Azərbaycan əsilli biznesmen, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov da siyahıda yer alıb. 11,4 milyard dollar sərvəti olan iş adamı siyahıda 104-cü yerdədir.

Картинки по запросу vahid elekberov