Bakıda və Mingəçecirdə bir gündə iki nəfər dəm qazından zəhərlənib ölüb.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, martın 5-də Biləcəri qəsəbəsi ərazisində yaşayan Sadil Abbasov, Mingəçevir şəhərində yaşayan azyaşlı Mətanət Ramazanova evlərində dəm qazından zəhərlənərək ölüblər.
Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.