Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb. "Ford və "VAZ 2106 markalı avtomobilin toqquşması nəticəsində bir kişi, iki qadın müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan 1940-cı il təvəllüdlü Elşad Kərimovun vəziyyəti ağır, qadınların vəziyyəti normal qiymətləndirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.