Rusiya Daxili Qoşunların komandanının sabiq müavini, (hazırda Rusiya Qavardiyası adlanır) General-leytinant Vyaçeslab Varçuk rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Vyaçeslab Varçuk rüşvət aldığına görə saxlanılıb. Hazırda onun barəsində həbs qətimkan tədbiri seçilib.
Öz növbəsində Rusiya Qvardiyası direktorunun müşaviri Aleksandr Xinşteyn keçmiş komandan müavininin həbsi faktını təsdqiləsə də hadisənin təfərrüatları barədə ətraflı məlumat verməyib.