Almaniyanın Hamburq şəhərində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun iştirakı ilə tədbirin məkanı dəyişdirilib
Unikal.org-un məlumatına görə, bu barədə türk diplomatik mənbələrdən bildirilib.
"Hamburqda tədbir ləğv edilməyib, sadəcə məkanı dəyişib, deyə mənbə qeyd edib. Onun sözlərinə görə, artıq nazir və onu müşayiət edən şəxslər Almaniyadadır.
Qeyd edək ki, martın 8-də Mövlud Çavuşoğlunun almaniyalı həmkarı Ziqmar Qabriel ilə görüşü nəzərdə tutulub.
xxxxxxxxxxxxxxxxxxxxxxxx
Almaniyanın Hamburq şəhərində yerli icra orqanları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilməli olan tədbiri ləğv edib.
Unikal.org-un "Die Welt-ə istinadən verdiyi xəbərə görə, martın 7-də keçirilməsi nəzərdə tutulan tədbirdə nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiqi ilə bağlı çıxış etməli imiş.
Yerli hökumət görüşün ləğvinə səbəb kimi zalda yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilmədiyini gətirib. Tədbirin digər məkanda keçirilib-keçirilməyəcəyi barədə məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl M.Çavuşoğlu Almaniya XİN rəhbəri Ziqmar Qabriel ilə telefon danışığında Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekcinin iştirakı ilə tədbirlərin ləğvindən narahatlığını ifadə etmişdi.