Şəmkir rayon sakini atdan yıxılıb.

Unikal.org-un apa-ya istinadən xəbər verir ki, rayonun Sabirkənd kənd sakini, 1980-ci il təvəllüdlü Namiq Aydın oğlu Muradov sol körpücük sümüyünün sınığı xəsarəti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, N. Muradov yaşadığı kənddə at çapan zaman yıxılıb və xəsarət alıb.