Rusiyada yanğın zamanı 2 yaşlı uşaq daxil olmaqla, 3 nəfər ölüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər  verir ki, hadisə Çelyabinsk şəhərində, fərdi yaşayış evlərinin birində, gecə saatlarında baş verib.

Hadisə zamanı çoxlu yanıq xəsarətləri alanlar və zəhərlənənlər var.

Yanğın fərdi yaşayış evi və evüstü tikililəri tamamilə məhv edib. Alov qonşu evin damına da yayılıb.
Yanğının səbəbləri müəyyənləşdirilir.