Hərracdan öncə bir sıra banklarda Dolların qalxdığı müşahidə edilir
Unikal.org marja.az-a istinadən xəbər verir ki, bu gün Mərkəzi Bankda valyuta hərracı keçiriləcəkdir.
Hərracdan öncə bir sıra banklarda Dolların qalxdığı müşahidə edilir.
Məsələn, Bank BTB Dolların alışını 1.74 manatdan 1.7450 manata, satışını 1.78 manatdan 1.79 manata, AtaBank alışı 1.74 manatdan 1.7450 manata, satışı 1.7850 manatdan 1.79 manata, AmrahBank alışı 1.75 manatdan 1.7550 manata, satışı isə 1.7750 manatdan 1.7850 manata, NikoylBank satışı 1.7750 manatdan 1.79 manata, Günay Bank alışı 1.7540 manatdan 1.7560 manata, satışı isə 1.7770 manatdan 1.78 manata, NBC Bank isə alışı isə 1.74 manatdan 1.75 manata qaldırıb.
CDB Bank isə Dolların satış qiymətini 1.80 manatdan 1.7950 manata endirib.