Ermənistan prezidenti Serj Sarkisyan bu gün Fransaya səfər edəcək.
Unikal.org "news.ama istinadən xəbər verir ki, səfər çərçivəsində o, Fransa prezidenti Fransua Olland, Senat sədri Jerar Larşe, Milli Assambleyanın sədri Klod Bartoloni və Paris meri Ann İdalqo ilə görüşlər keçirəcək.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin aparılacağı gözlənilir.