Bakıda dəmiryolu körpüsü uçub.

Unikal.org xəbər verir ki,  hadisə paytaxtın Mehdi Mehdizadə küçəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakıda uçqun baş verən dəmiryolu körpüsü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, fevralın 22-də beton qarışdıran maşının sözügedən körpüyə çırpılması nəticəsində körpü qəzalı vəziyyətə düşüb: "Bu gündən körpüdə əsaslı təmir işlərinə başlanıb, bununla əlaqədar həmin ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.