Türkiyədə Bursa-Ankara avtomobil yolunda İnegöl rayonu ərazisində Mezitler I körpüsü yaxınlığında avtobusun aşması nəticəsində 6 nəfər ölüb, 35-ə yaxın adam yaralanıb.

Unikal.org Haberler-ə istinadən xəbər verir ki, avtobusdakılar Türkiyə Metallurgiya Həmkarlar Təşkilatının üzvləri olub.

Bildirilir ki, avtobus rayonun Osmaniye kəndi yaxınlığında qəzaya uğrayıb.

Hadisə yerində təcili tibbi yardım heyəti və xilasedicilər cəlb edilib.