Qardaşımın ölümünə bais olanlar hələ də azadlıqda, əlləri ciblərində, arxayın gəzib dolaşırlar. Ucar rayonu, Qazyan kənd sakiniSəfa Məlikovqardaşı Aydın Məlikovun ötən ay baş vermiş ölümündən danışır.
46 yaşlıAydın Məlikov Səudiyyə Ərəbistanında müqavilə əsasında gəmidə işləyirmiş.Ötən ay müqaviləsinin müddəti bitib və o, Ucardakıevinə qayıdıb. Səfa Məlikovun dediyinə görə, Ərəbistandan qayıdandan 3 gün sonra-fevralın 6-da Aydın Məlikov həyətdəki köhnə "QAZELi düzəltdirmək üçün rayon mərkəzinə-usta yanına gedib. Oğuz küçəsində Nəqliyyat Departamentinin bir neçə əməkdaşıyaxınlaşaraq ondan fərqlənmə nişanı tələb ediblər.
"Qardaşım da deyib ki, maşından çoxdandır istifadə etmir, ustaya aparır, əgər düzəlsə, ondan sonra istifadə edib-etməmək barədə düşünəcək və fərqlənmə nişanıalacaq. Əlçəkməyiblər, maşını əlindən almaqla hədələyiblər, mübahisə düşüb, qardaşım huşunu itirib. Onlar da görüblər vəziyyət gərgindir, qardaşımıorda qoyub qaçıblar-şikayətçi «Azadlıq radiosuna danışır.
Səfa Məlikovun sözlərinə görə, qardaşıərazidəki mağazanın işçilərinin köməkliyi ilə xəstəxanaya götürülüb və məlum olub ki,beyninə qan sızıb. Həkimlərin məsləhətiylə onu təcili yardımla Bakıya götürüblər. 2 gün sonra həkimlər müalicənin mənasız olduğunu deyib. Aydın Məlikovu Ucara-evinə qaytararkən yolda keçinib.
Məlikovlar ailəsi Daxili İşlər Nazirliyinin"102xidmətinə zəng vurub başverənlər barədə məlumat verib. Səfa Məlikovu narahat edən odur ki, 1 ayötməsinə baxmayaraq,ölüm faktıhələ də araşdırılmayıb:"Tələb etdik ki, hadisə yerindəki müşahidə kameralarının yaddaşıyoxlanılsın. Dedilər, kameralar işləmir. Rayonun mərkəzindəki yollarıçəkən kameralar niyə işləməsin ki? O kameralar orda görüntü üçündür? Əlbəttə ki, yalan danışırlar, hamısı işləyir. Sadəcə, həqiqəti ört-basdır etməküçün belə dedilər.
Ucar rayon prokurorluğundan bildirilib ki, Aydın Məlikovunölüm faktıaraşdırılıb. Səfa Məlikovun dediyi xüsusatlar təsdiqini tapmayıb. Prokurorluqdan bildirilib ki, Nəqliyyat Departamentinin əməkdaşlarısürücüylə kobudluq etməyiblər,şahidlər də bildirib ki, əməkdaşlar sürücüylə maarifləndirici söhbət aparıblar. Aralarında mübahisə və narazılıq olmayıb. Sürücünün halıpisləşəndə isə Nəqliyyat Departamentinin əməkdaşlarıorada deyilmiş. Onlar ayrıldıqdan sonra sürücünün halı pisləşib.
Səfa Məlikovsa əl çəkmir. O, düşünür ki, Nəqliyyat Departamentinin işçiləri, ən azı, yerə yıxılmış vətəndaşı orada qoyub getməməliydilər. Deyir, qardaşı vaxtında xəstəxanaya götürülsəydi, həyatını xilas etmək mümkün olardı.