ABŞ-da 97 yaşlı əkizlər eyni gündə faciəvi şəkildə ölüblər.
Unikal.org xəbər verir ki, 97 yaşlı əkiz bacılar Ceyn Heyli və Marta Uilyams Rod-Aylend ştatında onlardan bir qədər aralıda yaşayan üçüncü bacıları ilə şam yeməyinə gediblər. Şam yeməyindən sonra qadın onlardan Heylinin evi qarşısında vidalaşaraq ayrılıb.
Polisin məlumatına görə, Marta öz avtomobilinə tərəf gedərkən yıxılıb, Heyli ona yardım etmək istəyərkən büdrəyib. Hər iki yaşlı qadın küçədə soyuq havada yerdə yıxılmış vəziyyətdə qalıblar. Onları səhər qonşuları aşkar edib.