Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 4 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən unikal.org-a verilən məlumata görə, Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:27-də başa çatmışdır.