Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu Almaniyalı həmkarı Sigmar Gabriellə görüşüb.
Unikal.org xəbər verir ki, Berlində baş tutan görüş 1,5 saat davam edib. Görüş sonrası şərh edən Alman xarici işlər naziri Sigmar Gabriel "İki ölkə əlaqələri normala dönməli. Qarşıdurma həm Almaniyaya və həm Türkiyəyə zərər verir" fikrini səsləndirib.
Nazir həmçinin etiraf edib ki, Çavuşoğlu ilə görüş çətin keçib.