Martın 7-də saat 16 radələrində Xırdalan şəhərində yaşayan Tahir Məmmədovun evində yanğın baş verib.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, nəticədə 10 kvm. sahədə ev əşyaları yanıb, mənzil sahibinin 2 yaşlı oğlu Tunar tüstüdən boğularaq ölüb.
Araşdırma aparılır.