Fevralın 28-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Fərman Xəlilov həyətindəki üzüm tənəklərini kəsərkən ehtiyatsızlıqdan yıxılıb.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən F.Xəlilov martın 7-də orada ölüb.
Həmçinin Səbail rayonu ərazisində yaşayan Gülnarə Həşimova dəm qazından zəhərlənərək ölüb. Martın 7-də Səbail rayonu ərazisində yaşayan Gülnarə Həşimova evinin hamamında dəm qazından zəhərlənərək ölüb.
Yanvarın 31-də Bərdə şəhərində yerləşən qəbiristanlıqda şəhər sakini Şamxal Xəlilzadə abadlıq işləri aparıb tullantıları yandırarkən əl və ayaq nahiyələrindən yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən Ş.Xəlilzadə martın 7-də orada ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.