Samur-Abşeron su kanalında meyit tapılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisindən keçən Samur-Abşeron su kanalında 1 nəfər naməlum cəsədin aşkar edilməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin "Şimal dalğıc-axtarış qrupunun qüvvələri hadisə yerinə cəlb olunaraq naməlum cəsədi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:04-də başa çatıb.