Mərakeşdə deputat Əbdüllətif Merdas qətlə yetirilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, kimliyi bilinməyən şəxslər evinin yaxınlığında avtomobildə olan deputata atəş açıblar.
Ağır güllə yarası alan deputatın həyatını xilas etmək mümkün olmayıb.
Cinayətkarlardan birinin tutulduğu bildirilib.