Fövqəladə Hallar Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Unikal.org xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1937-ci il təvəllüdlü Rzayeva Nifə Məmməd qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.