2002-ci ildən etibarən Türkiyənin enerji sektoruna 75 mlrd dollar həcmində sərmayə yatırılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak ABŞ-ın Hyuston şəhərində keçirilən "IHS CERAWeek 2017 enerji konfransında bildirib.
Nazir qeyd edib ki, gələcəkdə iqtisadi artımı daha da stimullaşdırmaq üçün bu cür investisiyaların həcmi artmalıdır.
B.Albayrakın sözlərinə görə, dünyanın neft-qaz ehtiyatlarının 60%-i Türkiyənin yerləşdiyi regionun payına düşür. O əlavə edib ki, Rusiya, Azərbaycan, İran, Nigeriya və Əlcəzairdən qaz idxalı ilə yanaşı üzən LNG gəmisi layihəsinin reallaşdırılması da davam edir.
İsrail qazının Türkiyənin daxili bazarına, daha sonra isə Avropa bazarına nəql olunması sahəsində işlərin davam etdiyini bildirən nazir qeyd edib ki, bu layihə "qazan-qazan prinsipinə əsaslanacaqvə regionun enerji təhlükəsizliyinə ciddi töhfə verəcəkr.
O əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) və Trans-Anadolu Qaz Boru Xətti (TANAP) layihələri bölgəyə sülh və stabillik gətirəcək.