Misir məhkəməsi İsrailə casusluq edən 9 nəfər barəsində hökm çıxarıb.
Unikal.org-un məlumatına görə, bu barədə "MENA" agentliyi xəbər verib.
Məlumatda bildirilir ki, onlar 25 il müddətinə azadlıqdan məhrum ediliblər. Mühakimə olunanlardan üçü Misir, digərləri isə İsrail vətəndaşlarıdır. Misir vətəndaşlarından 2-i həbs edilib, 1 nəfər barəsində isə şərti cəza verilib.
Xəbərdə bildirilir ki, barələrində həbs cəzası çıxarılmış 6 İsrail vətəndaşından 4-ü hərbi kəşfiyyatın zabitləri olub.