Xəbər verdiyimiz kimi bu gün səhər Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ford-Tranzit markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova Unikal.org-a açıqlamasında bildirib ki, qəza nəticəsində ölənlərin sayı 5-ə çatıb. Ölənlərin 5-də tələbədir. aralılardan 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 4 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 2 nəfərin də vəziyyəti ölümcüldür.
*** 09:38
Bu barədə Unikal.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova açıqlama verib.
Bildirib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb. Yaralılar hazırda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilsədə hazırda onların vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Bildirib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb. Yaralılar hazırda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilsədə hazırda onların vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir. Belə ki,qəzaya uğramış "Ford-tranzit" markalı mikroavtobus tələbələri Sumqayıt Dövlər Universitetinə aparırmış.