Rusiyada yanğın nəticəsində iki uşaq ölüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın Kirov vilayətinin Krasnaya Polyana qəsəbəsindəki fərdi evlərin birində baş verib.

Hadisə yerində 3 və 5 yaşında iki uşağın meyiti aşkar edilib. Onların anası isə xəstəxanaya çatdırılıb.

Artıq ekspertiza təyin edilib. Ekspertizanın nəticələrinə əsasən müvafiq qərar qəbul ediləcək.