Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda bu gün sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və xəsarət alan şəxslərlə bağlı yeni məlumatı açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Unikal.org-a bildirib ki, xəsarət alanların 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 4 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan biri Kliniki Tibbi Mərkəzə daxil olan kimi dünyasını dəyişib. Ümumilikdə hadisə nəticəsində 5 ölüm faktı qeydə alınıb. Kliniki Tibbi Mərkəzdə olan iki xəstənin vəziyyəti ağırdır.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan 3 nəfər travmotologiya, 6 nəfər neyrocərrahiyə, 2 nəfər reanimasiya, 3 nəfər cərrahiyə şöbəsinə yerləşdirilib, 2 nəfərə isə ambulator yardım göstərilib.
Xəsarət alanlardan 3 nəfər - 2-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından, biri isə Kliniki Tibbi Mərkəzdən evə buraxılıb.