Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, "ZİL markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİLin sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

Bu arada sayt qəzanın başvermə anının və səbəbini açıq-aşkar əks etdirən görüntüləri əldə edib. Görüntülərdən məlum olur ki, qəzaya düşən qırmızı rəngli "Fordün sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. Göründüyü kimi, o, digər "Fordu ötməyə çalışır. Özü də sağdan. Hansı ki, sağdan ötmə qadağandır. Lakin Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl "ZİL markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb. Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb. "ZİLin sürücüsü maşını körpüdə saxlayaraq təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb. Videodan da göründüyü kimi, "Ford ötmə əməliyyatı edəndən sonar sol zolağa qayıtmağa çalışır. Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldaki mişar daşlarına dəyən "Ford daha sonra sol tətəfdən "ZİLə çırpılıb.

Araşdırmalar zamanı məlum olub ki, Namiq Hüseynov uzun illərdir "Ford sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib.