Gəncə şəhərində bacı və qardaşı avtomobil vurub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106nın sürücüsü idarəetməni itirib və avtomobillə yolun kənarında dayanmış 14 yaşlı Brilyant Məmmədovanı və onun qardaşı, 7 yaşlı Hüseyni vurub.
Xəsarət alan B. Məmmədova Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına, oradan isə uşaq xəstəxanasına yerləşdirilib. Qardaşı Hüseyn isə özəl xəstəxanaların birinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.