"ARB Ulduzun "Şou-məkan proqramının növbəti qonağı müğənni Sevda Yahyayeva olub.
Unikal.org xəbər verir ki, müğənni ilk olaraq Ceyhun Qala ilə birgə ifa etdiyi "Bal dadır mahnısından söz açıb:
"Bu mahnı Ceyhun Qala dostumuzla ifa etdiyim son duetimdi. Mahnının sözləri onun özünə aiddir. Mahnı iki həftədir işıq üzü görüb, artıq hamı tərəfindən sevilir. Bütün həmkar dostlarımız bizi təbrik edir və bəyəndiklərini söyləyirlər. Sosial şəbəkələrdə də paylaşırıq, orda da bəyənilir. Qısa müddət ərzində mahnı hamının sevimlisinə çevrilib. Bu məni çox sevindirir. Ola bilər ki, bərabər bir klip çəkdirək. Çünki hamı deyir ki, belə bir mahnına mütləq klip çəkmək lazımdır, çox uğurlu mahnıdır. Klip çəkdirmək haqda fikirləşirik.
Özünü aktrisalıqda da sınayan və kifayət qədər iri addımlar atmağa başlayan müğənni bu işə də həddən artıq məsuliyyətlə yanaşdığını dilə gətirib:
"Mənim seriala çəkilmək ilk işim idi. Özümü sınamaq istədim. Gördüm ki, bu, məndə alındı. Düzdür, əvvəl zəif idim, ancaq sonradan yaxşı oldu. Mən bu işə müğənniyəm, aktrisa deyiləm, deyə məsuliyyətsiz baxmadım. Böyük məsuliyyətlə, əziyyətlə, sevgi ilə yanaşdım.
Bütün işlərini bir kənara qoyub yalnız serial çəkilişləri ilə məşğul olan müğənni rolundan zövq aldığını söyləsə də, çox yorulduğunu da etiraf edib:
"Bu 6-7 ay ərzində, demək olar ki, hər gün çəkilişlərimiz olurdu. Mənim öz işlərim axsamışdı. Heç kim məni tapa bilmirdi. Heç özüm özümü tapa bilmirdim. Hər gün səhərdən-axşamacan çəkilişlərdə olurdum. Maraqlı və gözəl idi, ancaq həddindən artıq yorulurdum.
Özünü "hazır məhsul hesab edən Sevda Yahyayeva yaxşı ssenari, yaxşı film olarsa və dəvət alarsa, məmnuniyyətlə həmin ekran işində rol alacağını söyləyib: