Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndindən keçən hissəsində qeydə alınıb. 

"Niva markalı avtomobilin aşması nəticəsində avtomobili idarə edən 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev və onun nənəsi 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva hadisə yerində ölüblər.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.