Gəncədə yeni doğulan uşaq dünyasını dəyişib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhər sakini, 1993-cü il təvəllüdlü İlahə Həsənova Gəncə Regional Perinatal Mərkəzdə oğlan uşağı dünyaya gətirib.
Lakin uşaq doğuşdan sonra ölüb. Ananın vəziyyətinin normal olduğu bildirilir.
Bu, İ. Həsənovanın ilk doğuşu olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.