Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyədən bir sıra meyvə və tərəvəz növlərinin idxalına tətbiq olunan qadağanın ləğv edilməsi ilə bağlı fərman imzalayıb.

Unikal.org-un məlumatına görə, bu barədə D.Medvedev özü türkiyəli həmkarı Binəli Yıldırımla telefon danışığı zamanı bildirib.

Baş nazirlər ikitərəfli münasibətlərin bərpa olunması məsələsini müzakirə edib.

Qeyd edək ki, 10 mart tarixində Rusiya-Türkiyə Yüksək səviyyəli əməkdaşlıq şurasının altıncı iclası keçiriləcək. İclas çərçivəsində ölkə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.