Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Şəmkir-Gədəbəy avtomobil yolunda nənə ilə nəvənin ölümünə səbəb olan qəzada avtomobili nəvənin - 15 yaşlı Elzaməddin Vəliyevin idarə etdiyi bildirilsə də, polisin araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs onun babası, Gədəbəy rayonunun Əlinağılar kənd sakini, 1953-cü il təvəllüdlü Zirəddin Vəliyev olub.
Onun idarə etdiyi "Niva markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və yolun kənarına aşıb.
Qəza zamanı avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva və onların nəvəsi 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev Hadisə yerində ölüb. Sürücü və digər sərnişin, onun oğlu 1974-cü il təvəllüdlü Qalib Vəliyev isə yüngül xəsarət alıblar.