Azarkeşlər böyük hesablı məğlubiyyəti həzm edə bilməyiblər

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Barselonaya məğlub olan (6:1) PSJnin fanatları Tyaqo Mottanın qəzəbinə tuş gəlib. 

Unikal.org-un məlumatına görə,böyükhesablı məğlubiyyəti həzm edə bilməyən fanatlar komanda üzvlərinin üzərinə hücum ediblər.

Bir qrup azarkeş isə Tyaqo Mottanın avtomobilinin qarşısını kəsib. Lakin futbolçunu avtomobilini azarkeşlərin üzərinə sürüb, hətta onlardan birini vurub. Qeyd edək ki, ilk oyunda PSJ 4:0 hesablı qazansa da, ötən gecəki məğlubiyyətdən onra mərhələ adlaya bilməyib.