Bugünkü qəzada dünyasını dəyişən tələbə Rəşad Caniyev evin tək oğlu olub.
Unikal.org xəbər verir ki, tələbənin atasının iş yoldaşının istipress-ə verdiyi məlumata görə, onun bir bacısı var.
Atası Füzuli Caniyev ötən ilin aprel ayında vəfat edib. Ölməmişdən əvvəl Suraxanı rayonunda neft buruqlarında çalışırmış. Neftçiymiş. İndi ailədən ana və qız qalıb.