Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan tələbələr hadisənin necə baş verməsindən danışıblar.
Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, yaralılar çox qorxduqlarını və hadisənin bir anın içində baş verdiyini dilə gətiriblər.
Təranə Kərimova (xəsarət alan): ""Kamazın arxasına çırpıldıq. Bir anlıq hər şey qatıb-qarışdı. Ölən və yaralananlar oldu.
Aytən Quluzadə (xəsarət alan): "Heç nə bilmirəm. Heç nə görə bilmədim. Yadımdan çıxıb, xatırlamıram.
Bəybala Manafov (xəsarət alan): "Başımla sinəmdən xəsarət aldım. Nəfəsim gəlmədi, özümü itirdim.
Oqtay Əsgərli (xəsarət alan): ""Kamaz sabit dayanmışdı. Bizdə sürət var idi. Elə də çox xatırlamıram.
Sumqayıt Dövlət Universitetinin rektoru mikroavtobusdakı sərnişinlərin hamısının tələbə olduğunu təsdiq edib.
Faktla bağlı araşdırma aparılır. Cinayət işi açılıb.