Ermənistan prezidenti Serj Sarkisyan bu ölkənin Rusiyadakı səfiri Oleq Esayan tutduğu vəzifədən azad edib. 

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, Vladimir Solovyov mətbuat konfransında səfiri fəaliyyətsizlikdə ittiham edib.

Rəsmi məlumatlara görə, Rusiyanın Ermənistandakı səfiri vəzifəsinə Vardan Toqanyan təyin olunub.

Qeyd edək ki, Vardan Toqanyan 2014-cü ildə almazların cilalanması ilə məşğul olan "Şoqakn şirkətinin səhmdarı olub.