"Filmlərə çəkilərdim, amma sevişmə səhnəsinə razılıq verməzdim. Çünki xarakterim elədir ki, xoşum gəlməyən kişi mənə toxunanda əsəbiləşərəm. Yalnız sevdiyim insan toxunarsa, xoşum gələr. Filmdə hansısa aktyorla bu, mümkün deyil.
Unikal.org xəbər verir ki, bu sözləri "Eurovision 2011 qalibi Nigar Camal yeniçağ-a müsahibəsində deyib.
Sənətçi "Dünya ulduzları kimi sən də bədəninin hansısa əzasını sığorta etdirərdin? sualına belə cavab verib:
"Yox, hesab edirəm ki, bu mənasız işdir. Bir dəfə 2011-ci ildə məşhur sığorta şirkətlərindən biri üzümü sığorta etmişdi. Çünki mən onların siması seçilmişdim. Milyon yarıma sığortalatdırmışam.