Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Seyfulla Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S. Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, S. Cəfərov 13 nəfər zərərçəkmiş şəxsə qarşı ümumilikdə 50 min manat məbləğində dələduzluq edib. O, yaxınları həbsxanada olan şəxslərə köməklik göstərəcəyini deyərək, ayrı-ayrı şəxslərin külli miqdarda pulu ələ keçirib.